- Transfer
- 20:33 15.03.2025
Rusiyanın "Zenit" klubunun futbolçusu Serdar Azmun karyerasını Fransada davam etdirəcək.
Corner.az xəbər verir ki, bu barədə jurnalist Nikola Skira tviter hesabında yazıb. O, 26 yaşlı hücumçunun "Lion"la müqavilə imzalayacağını qeyd edib.
İranlı futbolçu Sankt-Peterburq təmsilçisi ilə 2022-ci il yayında başa çatacaq müqaviləsini yeniləməyəcək.
"Lion"un idman direktoru Juninyo Pernambukano Azmunun transferində maraqlıdır. Onun yeni klubunda sözləşməsi 4 illik olacağı gözlənilir.
Qeyd edək ki, Serdar Azmun 2019-cu ildən "Zenit"in formasını geyinir. İran millisinin üzvü komanda ilə birlikdə üç dəfə Rusiya Premyer Liqasının qalibi olub, ölkə kubokunu və 3 dəfə Superkuboku qazanıb. Hücumçu cari mövsüm meydana çıxdığı 17 qarşılaşmada 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.