15 mart 2025. Şənbə

Barselona Qarabağ'ın rəqibinin futbolçusu ilə maraqlanır


  • Transfer
  • 16:55 19.11.2021
  • Oxunma sayı: 121
Barselona Qarabağ'ın rəqibinin futbolçusu ilə maraqlanır

İsveçrənin "Bazel" klubunun futbolçusu Artur Kabral karyerasını "Barselona"da davam etdirə bilər.

Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçunu mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürəcək.Lakin "Barselona"nın Kabralı birdəfəlik almağı hansısa oyunçunu satacağı və ya futbolçuların maaşlarını azaldacağı halda baş tutacağı vurğulanıb.

Braziliyalı futbolçunun transferini klubun sabiq futbolçusu və hazırda skautu olan Deku təsdiqləyib.

Qeyd edək ki, "Bazel" "Qarabağ"la birlikdə UEFA Konfrans Liqasının H qrupunda mübarizə aparır. Hər iki komanda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edib. Artur Kabral 13 oyundan sonra 13 qolla İsveçrə çempionatının bombardiridir. 







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı