- Transfer
- 20:33 15.03.2025
“Bavariya”nın futbolçusu Tomas Müllerin 2015-ci ildə “Mançester Yunayted”ə keçmək şansı olub.
Corner.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Lui van Qal Almaniya mətbuatına açıqlamasında deyib. O, 2015-ci ildə “Bavariya”dan Mülleri transfer etməyə çox yaxın olduqlarını bildirib.
Keçidin baş tutacağı halda, “Bavariya” 100 milyon, Müller isə illik 20 milyon avro qazanacaqmış. LakinMüllerin həyat yoldaşı Liza Müller oyunçunun ölkə xaricinə keçməsinə mane olub. O, həyat yoldaşının Almaniyada karyerasına davam etməsini istəyib.