23 oktyabr 2024. Çərşənbə

Zidan məni istəsə belə, ... - Kante


  • Transfer
  • 10:38 27.03.2019
  • Oxunma sayı: 614
Zidan məni istəsə belə, ... - Kante

Zinəddin Zidanın yenidən komandaya qayıtmasından sonra “Real Madrid”ə transfer olunacağı iddia edilən N'Golo Kante açıqlama verib.

Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Chelsea”nin 27 yaşlı futbolçusu məsələylə bağlı bunları bildirib: “Hazırda “Chelsea”də oynayıram və haqqımda çıxan xəbərlərlə maraqlanmıram.Zidan məni istəsə belə, indi bu, mənim üçün vacib deyil. Çünki hazırda “Chelsea”yə köklənmişəm”.

Qeyd edək ki, fransalı futbolçu bu mövsüm London klubunun heyətində 43 oyunda iştirak edib, 4 qol vurub, 4 məhsuldar ötürmə verib.







Transfer