- Transfer
- 20:33 15.03.2025
Türkiyə "Konyaspor"u qapıçısı İbrahim Şehiçlə yeni müqavilə imzalayıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Konya təmsilçisi 33 yaşlı qolkiperin sözləşməsinin müddətini 2023-cü ilin yayınadək uzadıb.
Bosniya və herseqovinalı oyunçunun əvvəlki müqaviləsi 2022-ci ilin iyununda başa çatmalı idi.
Qeyd edək ki, İbrahim Şehiç 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib. O, "Konyaspor"a 2020-ci ilin avqustunda keçib.