- Transfer
- 22:20 09.05.2026
"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ klubunu çalışdıra bilər.
Corner.az ESPN-ə istinadən xəbər verir ki, Paris təmsilçisi Maurisio Poçettino "Mançester Yunayted"ə keçəcəyi təqdirdə, onu 49 yaşlı mütəxəssislə əvəzləməyi planlaşdırır.
Bu postda əsas namizəd fransalı mütəxəssis hesab edilir və artıq onunla ilkin əlaqə saxlanılıb. Klub rəhbərliyi Zidanın praqmatik yanaşması və iş metodları Lionel Messi, Neymar və Kilian Mbappenin kimi ulduz futbolçuların oynadığı komanda üçün ideal olacağını düşünür.
Eyni zamanda, PSJ-nin hazırkı baş məşqçisi hələlik klub rəhbərliyinə "qırmızı şeytanlar"la danışıqlar aparması barədə məlumat verməyib.
Qeyd edək ki, Zinəddin Zidan mayın 27-də "Real Madrid"dən ayrılıb, onu italiyalı Karlo Ançelotti əvəzləyib.