- Transfer
- 23:43 22.04.2026
Braziliyanın "Nautiko" klubunda çıxış edən futbolçu Vinisius Santos Silva Azərbaycandan təklif alıb.
Corner.az-ın məlumatına görə, 28 yaşlı vinger bu barədə "Futebolbahiano" nəşrinə açıqlamasında bildirib.
Braziliyalı oyunçu klubun adını açıqlamasa da, təklifi öz istəyi ilə rədd etdiyini vurğulayıb. Santos Silva "Baiya"nın da onunla maraqlandığını, lakin keçidinə hazırkı klubunun icazə vermədiyi sözlərini də əlavə edib.
Qeyd edək ki, "Nautiko" Braziliya B Seriyasında mübarizə aparır.