4 oktyabr 2026. Bazar günü

Çelsi'nin iki futbolçusu Barselona'nın hədəfində


  • Transfer
  • 11:28 24.11.2021
  • Oxunma sayı: 219
Çelsi'nin iki futbolçusu Barselona'nın hədəfində

İngiltərənin "Çelsi" klubunun futbolçuları Hakim Ziyeç və Timo Verner karyeralarını İspaniyada davam etdirə bilər.

Corner.az ESPN-ə istinadən xəbər verir ki, "Barselona" hər iki oyunçu ilə yaxından maraqlanır.

Kataloniya təmsilçisinin bu addımına səbəb "Mançester Siti"nin Sterlinqi buraxmaması olub.

"Barselona" artıq hər iki oyunçu üçün "Çelsi"yə təklif göndərib. Klub onları qışda birdəfəlik  transfer etmək variantı ilə icarəyə götürməyi  planlaşdırır.

Qeyd edək ki, hər iki oyunçunun "Çelsi" ilə müqaviləsi 2025-ci ilin yayında başa çatmalıdır.







Transfer