4 oktyabr 2026. Bazar günü

Omoniya ilə oyunda diqqətli olmalıyıq - Qurban Qurbanov


  • Transfer
  • 12:08 24.11.2021
  • Oxunma sayı: 196
Omoniya ilə oyunda diqqətli olmalıyıq - Qurban Qurbanov

"Bu il Bakıda sonuncu avrokubok oyunumuz olacaq. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yaxşı səviyyədədir".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, layiqli oyun göstərmək istəyirlər: "Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. Meydanda daha diqqətli olmalıyıq. "Omoniya"nın sürətli hücumçuları var".

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.







Transfer