23 oktyabr 2024. Çərşənbə

"Real Madrid" 3 futbolçu üçün 500 milyon avro ödəyəcək


  • Transfer
  • 14:33 28.03.2019
  • Oxunma sayı: 527
"Real Madrid" 3 futbolçu üçün 500 milyon avro ödəyəcək

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres yayda komandanın gücləndirilməsi üçün 500 milyon avro ayıracaq. 

Corner.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisinin əsas hədəfləri "Manchester United"indən Paul Pogba, "Chelsea"dən Eden Hazard və PSG klubundan Kylian Mbappedir. Zinəddin Zidan bu oyunçuların transfer edilməsini rəhbərlikdən istəyib.

"Real Madrid"in Mbappeyə görə Paris təmsilçisinə 280 milyon avro təklif edəcək. Bundan əlavə, Madrid təmsilçisi Hazardla müqavilənin şərtləri barədə də razılaşıb. 

Qeyd edək ki, "Real Madrid" hazırda İspaniya La Liqasında 54 xalla 3-cü pillədə qərarlaşıb.







Transfer