- Transfer
- 10:16 04.10.2026
"Zirə" klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.
Corner.az-ın rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub göstətdiyi xidmətlərə görə 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Georgi Stoilov avqustun 4-də "Zirə" ilə 2+1 illik müqavilə imzalamışdı.