23 oktyabr 2024. Çərşənbə

Atletico'nun prezidenti: "Onunla maraqlanırıq"


  • Transfer
  • 22:03 28.03.2019
  • Oxunma sayı: 499
Atletico'nun prezidenti: "Onunla maraqlanırıq"

Bayern Munich'in futbolçusu Javi Martinez karyerasını Atletico'da davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə La Liqa klubunun prezidenti Aytor Elizeqi yerli mətbuata açıqlamasında bildirib: “Martinezi transfer etmək istəyirik. “Bayern Munich" ilə ilkin danışıqlarımız olub.Büdcəmiz Martinez üçün maksimum 20 milyon avro ödəməyə imkan verir.Hazırda maliyyə cəhətdən problemimiz yoxdur. Klub rəhbərliyi ilə bərabər, Martinezin transfer edilməsinə qərar verdik”.

Qeyd edək ki, J.Martinez,  2012-ci ildən Bayern'də çıxış edir







Transfer