- Transfer
- 23:43 22.04.2026
Fransanın PSJ klubunun "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlara başlayıb.
Corner.az "Le Parisien"ə istinadən xəbər verir ki, klub rəhbərliyi 49 yaşlı mütəxəssislə onun gələn ilin iyununda Paris təmsilçisinin sükanı arxasına mümkün təyinatını müzakirə edib.
Fransalı mütəxəssisin qarşı tərəfə cavabı vermək üçün vaxt istədiyi bildirilib.
Daha əvvəl "Mançester Yunayted" klubu Zidan'a təklif göndərsədə, o, bunu qəbul etməmişdi.
Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir.