4 oktyabr 2026. Bazar günü

Mançester Yunayted'in yeni baş məşqçisi bilindi


  • Transfer
  • 20:13 25.11.2021
  • Oxunma sayı: 189
Mançester Yunayted'in yeni baş məşqçisi bilindi

İngiltərənin "Mançester Yunayted" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Corner.az "The Athletic"ə istinadən xəbər verir ki, bir neçə gün öncə Ole-Qunnar Sulşerlə yollarını ayıran "qırmızı şeytanlar" hazırda Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışan Ralf Ranqniklə razılığa gəlib.

İddiaya görə, 63 yaşlı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanacaq. Ranqnik yeni mövsümdən isə 2 il ərzində klub rəhbərliyində yer alacaq.

Qeyd edək ki, Sulşerin gedişindən sonra "Mançester Yunayted" müvəqqəti olaraq Maykl Kerrik başçılıq edir.







Transfer