7 aprel 2026. Çərşənbə axşamı

Nuriyev üçün 72 dəqiqə və 3 xal


  • Transfer
  • 10:05 29.11.2021
  • Oxunma sayı: 159
Nuriyev üçün 72 dəqiqə və 3 xal

Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.

Corner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Veres Rivne”ni qəbul edib. Futbolçumuzun komandası bu görüşdən minimal hesablı qələbə ilə ayrılıb – 1:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib.

“Kolos” 16 turdan sonra 18 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi