4 iyul 2026. Şənbə

PSJ-nin prezidentindən Zidan açıqlaması


  • Transfer
  • 15:40 30.11.2021
  • Oxunma sayı: 180
PSJ-nin prezidentindən Zidan açıqlaması

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifi komandanın baş məşqçi postuna Zinədin Zidanı gətirəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Corner.az xəbər verir ki, 48 yaşlı funksioner, Fransa mətbuatına açıqlamasında bunun  yalan olduğu və hazırkı baş məşqçi Maurisio Poçettinoya inandıqlarını bildirib:

“Zidanla heç bir görüşümüz olmayıb. Onunla ötən həftə Parisdəki otellərdən birində görüşdüyümüzə dair xəbərlər həqiqəti əks etdirmir. Poçettino PSJ-də olduğu üçün xoşbəxtəm. O, çox yaxşı çalışır”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted” klubunun Ule Qunnar Sulşerin istefasından sonra baş məşqçi postuna məhz Poçettinonu gətirməyə çalışdığı iddia olunurdu. 







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır