7 aprel 2026. Çərşənbə axşamı

Nuriyev üçün yeni baş məşqçi


  • Transfer
  • 19:53 01.12.2021
  • Oxunma sayı: 202
Nuriyev üçün yeni baş məşqçi
Ukraynanın “Kolos” komandasının yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yaroslav Vişnyakla anlaşıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
“Kolos”da Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev də forma geyinir. Sözügedən komanda cari mövsümə Ruslan Kostışinin rəhbərliyi altında başlamışdı. Lakin uğursuz nəticələrə görə o, avqustun sonunda istefaya göndərilmişdi. Kovalyovka klubunu həmin dövrdən etibarən Sergey Kuznetsov çalışdırırdı.
 
“Kolos” hazırda Ukrayna Premyer Liqasında 18 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Nuriyev “Kolos”a bu yay “Minay”dan keçib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi