- Transfer
- 23:59 06.04.2026
“Mançester Siti”nin futbolçusu Ferran Torres karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Corner.az xəbər verir ki, 21 yaşlı hücumçu “Barselona”ya keçə bilər. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumatda, Torresin artıq Kataloniya klubu ilə 5 illik razılıq əldə etdiyi bildirilib. İspan futbolçu daha az maaş almasına qarşılıq “Barselona”da oynamağa razıdır.
“Barselona” Torreslə fərdi razılığa gəlib və yaxın zamanda “Mançester Siti”yə təklif göndərəcək.
Torres bu mövsüm “Mançester Siti” ilə 7 oyunda 3 qol vurub.