4 iyul 2026. Şənbə

Mahir Emreli Çexiya klubunun hədəfində


  • Transfer
  • 11:57 03.12.2021
  • Oxunma sayı: 171
Mahir Emreli Çexiya klubunun hədəfində

Azərbaycan millisinin futbolçusu Mahir Emreli cari mövsümün sonunda Polşa "Legiya"sını tərk edə bilər.

Corner.az "efotbal.cz" saytına istinadən xəbər verir ki,  Çexiyanın "Slaviya" (Praqa) klubu 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.

İddiaya görə, Praqa klubunun baş məşqçisi Yindrjix Trpişovski Emrelinin çxışını diqqətlə izləyib və onun oyununu bəyənib. "Legiya" hazırkı çətin vəziyyətdən çıxa bilməsə və avrokuboklarda mübarizəni dayandırsa, Emrelinin Polşa çempionu ilə vidalaşacağı bildirilib.

Qeyd edək ki, bu ilin yayından "Legiya"nın formasını geyinən Mahir Emrelinin klubla 2024-cü ilin iyununadək müqaviləsi var.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır