4 iyul 2026. Şənbə

Qarabağ'ın rəqibindən gürcü futbolçu üçün 1.2 milyon avro


  • Transfer
  • 12:45 03.12.2021
  • Oxunma sayı: 169
Qarabağ'ın rəqibindən gürcü futbolçu üçün 1.2 milyon avro
"Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Bazel” klubu heyətinə gürcü futbolçu cəlb etmək istəyir.

Corner.az xəbər verir ki, İsveçrə təmsilçisi Batumi “Dinamo”sunun yarımmüdafiəçisi İrakli Azarovu transfer etmək niyyətindədir. Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
 
Məlumatda, “Bazel”in 19 yaşlı futbolçu üçün “Dinamo”ya 1.2 milyon avro ödəməyə hazır olduğu vurğulanıb. İsveçrəlilər qış transfer pəncərəsi dövründə İrakli üçün “Dinamo” ilə danışıqlara başlayacaq.
 
Gürcüstan yığmasına da dəvət alan İrakli ilə Türkiyənin “Trabzonspor” klubu da maraqlanır.
 
“Bazel” Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır