11 mart 2026. Çərşənbə

İnter onlar üçün hərəkətə keçdi


  • Transfer
  • 19:15 31.03.2019
  • Oxunma sayı: 689
İnter onlar üçün hərəkətə keçdi

"İnter" "Barcelona"nın iki futbolçusunu heyətinə qatmaq üçün Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bununla bağlı "İnter"in idman direktoru Piero Ausilio həmkarı Eric Abidalla görüşdə Kataloniya təmsilçisinin futbolçuları İvan Rakitic və Arturo Vidalı transfer etmək istədiklərini bildirib.

Qeyd edək ki, xorvatiyalı futbolçu bu mövsüm 43 matçda 5 qol vurub, 9 qolun ötürməsini verib. Vidal isə 40 oyunda 2 qol və 4 qol ötürməsini verib







Transfer