- Transfer
- 20:33 15.03.2025
Braziliyanın "Palmeyras" klubu futbolçusu Felipe Melo ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yanvarın 1-də başa çatacaq müqaviləsi yenilənməyəcək.
Qeyd edək ki, 2011 - 2015-ci ildə Türkiyənin "Qalatasaray" klubunda 3 dəfə ölkə çempionu olmuş Felipe Melo 2016-cı ildən "Palmeyras"ın formasını geyinir.