16 mart 2025. Bazar günü

40 yaşlı qapıçı ilə 1 aylıq müqavilə


  • Transfer
  • 10:45 07.12.2021
  • Oxunma sayı: 122
40 yaşlı qapıçı ilə 1 aylıq müqavilə

İngiltərənin "Sauthempton" klubu qapıçı Villi Kabalyeronu transfer edib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı argentinalı qolkiperlə 1 aylıq müqavilə imzalanıb.

Buna səbəb komandanın 2 əsas qapıçıları Freyzer Forster və Aleks Makkartinin zədəli olmasıdır. Üçüncü qapıçı olan Harri Lüisin isə yüksək liqa təcrübəsi yoxdur.

Qeyd edək ki, Villi Kabalyero müxtəlif vaxtlarda İngiltərənin "Çelsi" və "Mançester Siti" klublarının da formasını geyinib.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı