- Transfer
- 20:33 15.03.2025
Yunanıstanın "Olimpiakos" klubunda Henri Onyekuru növbəti dəfə "Qalatasaray"a qayıdır.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı vingeri qış transfer dönəmində heyətinə qatmaq üçün danışıqlara başlayıb.
"Sarı-qırmızılar" Afina klubu ilə 2025-ci ilədək müqaviləsi olan nigeriyalı oyunçunu mövsümün sonuna qədər icarə əsasında komandaya cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, Henri Onyekuru bu ilin ilk yarısında, 2018/2019 mövsümündə və 2020-ci ildə icarə əsasında "Qalatasaray"ın formasını geyinib.