- Transfer
- 20:33 15.03.2025
Türkiyənın "Fənərbaxça" klubunun futbolçusu Atilla Salai karyerasını İngiltərədə davam etdirəcək.
Corner.az-ın məlumatına görə, bu barədə Macarıstan yığmasının baş məşqçisi Marko Rossi "Calciomercato" nəşrinə açıqlama verib.
57 yaşlı mütəxəssis 23 yaşlı müdafiəçinin qış fasiləsində "Çelsi"yə transfer olunacağını bildirib. London klubunun macarıstanlı futbolçunun keçidi üçün İstanbul təmsilçisinə ən azı 20 milyon avro təzminat ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, Atilla Salai "Fənərbaxça"ya 2021-ci ilin yanvarında Kiprin "Apollon" klubundan keçib.