- Transfer
- 20:33 15.03.2025
“Mançester Yunayted”in futbolçusu Edinson Kavani daha bir klubun diqqət mərkəzinə düşüb.
Corner.az xəbər verir ki, “Yuventus” klubu 34 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Turin təmsilçisi Kavanini qış transfer pəncərəsi dövründə heyətinə qatmaq istəyir. Uruqvaylı hücumçunun “Mançester Yunayted”dəki gələcəyiylə bağlı son qərarı komandanın yeni baş məşqçisi Ralf Ranqnik verəcək.
Kavani özü isə “Barselona”ya getməyə müsbət yanaşır.
Kavani bu mövsüm “Mançester Yunayted”də iki oyuna çıxıb. Onun klubla müqaviləsi 2022-ci ilin yayına qədərdir.