- Transfer
- 20:33 15.03.2025
“Everton”un futbolçusu Cordan Pikford qışda klubu tərk edə bilər.
Corner.az xəbər verir ki, “Tottenhem” klubu 27 yaşlı qapıçı ilə yaxından maraqlanır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Məlumatda, “Tottenhem”in baş məşqçisi Antonio Konte rəhbərlikdən qışda Pikfordun heyətə cəlb olunmasını istəyib. “Everton”un məşqçisi Rafael Benites qış transferi üçün büdcə yaratmaq ingilis qolkiperin satışına razıdır.
Pikford bu mövsüm “Everton”la 13 oyuna çıxıb və 21 qol buraxıb.