- Transfer
- 20:33 15.03.2025
Türkiyənin "Beşiktaş" klubu yeni baş məşqçi üçün axtarışlara start verib.
Corner.az Sport1-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi almaniyalı baş məşqçi Daniel Farke ilə danışıqlara başlayıb.
45 yaşlı mütəxəssisin bu gün istefa verən Sergen Yalçını əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, Daniel Farke son olaraq İngiltərənin "Norviç Siti" klubunu çalışdırıb.