"Çelsi”nin futbolçusu Antonio Rüdiger karyerasını İspaniyada davam etdirə bilər. Corner.az xəbər verir ki, Real Madrid klubu alman müdafiəçini 2022-ci ilin yayında azad agent kimi heyətinə qata bilər.
Bu barədə “The İndependent” nəşri məlumat yayıb. Məlumatda, 28 yaşlı futbolçunun meneceri Sar Senesinin “Real”la ilkin razılıq əldə etdiyi vurğulanıb.