25 aprel 2026. Şənbə

Rüstəm Əhmədzadə Qarabağ'la müqavilə bağlamaq üçün Bakıya gəlir


  • Transfer
  • 11:12 13.12.2021
  • Oxunma sayı: 179
Rüstəm Əhmədzadə Qarabağ'la müqavilə bağlamaq üçün Bakıya gəlir

"Qarabağ" Azərbaycan millisinin və Ukrayna "Minay"ınln futbolçusu Rüstəm Əhmədzadə ilə anlaşdığını təsdiqləyib.

Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, artıq 21 yaşlı hücumçunun klubu və özü ilə razılıq əldə olunub.

G.Abbaszadə gənc forvardın yaxın günlərdə Bakıya gələcəyini bildirib: "Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə onunla rəsmi müqavilə imzalanacaq. Sözləşmənin detalları barədə daha sonra açıqlama veriləcək".

Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.(report)







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı