Fransanın “Olimpik” (Marsel) klubunun futbolçusu Bubakar Kamara karyerasını İngiltərədə davam etdirə bilər. Corner.az xəbər verir ki, “Mançester Yunayted” və “Nyukasl” klubları 22 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Məlumatda, hər iki klubun qış transferi pəncərəsi zamanda fransalı futbolçu üçün "Marsel" klubuna təklif göndərəcəyi vurğulanıb.
Kamaranın Marsel klubu ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Marsel “Olimpik”i Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq.