16 mart 2025. Bazar günü

AFFA yeni bukmeyker şirkəti ilə müqavilə bağlayır


  • Transfer
  • 13:01 17.12.2021
  • Oxunma sayı: 122
AFFA yeni bukmeyker şirkəti ilə müqavilə bağlayır

2022-ci ildə AFFA ilə Türkiyənin “Misli.com” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq.

Corner.az-ın məlumatına görə, bu barədə milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov Klublar Komitəsinin iclasında açıqlama verib.

Funksioner bu sözləşmənin ümumilikdə Azərbaycan futbolu və klubları üçün maliyyə məsələləri baxımından faydalı olacağını bildirib.

Qeyd edək ki, "Misli.com" şirkəti 2019-cu ildən Demirören Holdinqin tərkibinə daxil edilib və son 2 ildə Türkiyənin ən sürətlə böyüyən qanuni mərc saytına çevrilib. Hazırda 2 milyon üzvü var.







Transfer

"Liverpul"un Alvares planı
  • Transfer
  • 14:22 15.03.2025
"Liverpul"un Alvares planı