4 iyul 2026. Şənbə

Super Liqa klubu Volkan Dəmirələ tapşırıldı


  • Transfer
  • 17:41 17.12.2021
  • Oxunma sayı: 154
Super Liqa klubu Volkan Dəmirələ tapşırıldı
Türkiyə milli komandasının və “Fənərbaxça”nın sabiq futbolçusu Volkan Dəmirəl baş məşqçiliyə başlayıb. Corner.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Fatih Karagümrük” komandasına baş məşqçi təyin olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Dəmirəllə müqavilənin müddətinin 2.5 illik olduğu bildirilib.
 
Volkan futbolçu karyerası ərzində 2002-2019-cu illərdə “Fənərbaxça”da çıxış edib. O, qapıçı karyerasını bitirdikdən sonra 2021-ci ilin yayına qədər bu klubda çalışıb.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır