- Transfer
- 20:33 15.03.2025
Polşanın "Legiya" klubunun yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşəcək.
Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək.
Vukoviç 24 yaşlı futbolçunun komandada qalmasını və qış fasiləsində Dubayda keçiriləcək təlim-məşq toplanışında olmağını istəyir.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb.Millimizin futbolçusu, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.