7 aprel 2026. Çərşənbə axşamı

Macarıstan klubundan Emreli üçün 1 milyon avro


  • Transfer
  • 12:12 18.12.2021
  • Oxunma sayı: 180
Macarıstan klubundan Emreli üçün 1 milyon avro

Macarıstanın "MOL Fehervar" klubu Polşa "Legiya"sında çıxış edən millimizin futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

Corner.az "SportoweFakty.wp.pl" saytına istinadən xəbər verir ki, Yüksək Liqa təmsilçisi Varşava klubu ilə danışıqları davam etdirir.

İddiaya görə, Macarıstan təmsilçisi 24 yaşlı hücumçunun keçidi üçün qarşı tərəfə 1 milyon avro təklif edib.

"Legiya" rəhbərliyinin isə Emrelini komandada saxlamaq cəhdlərinin nəticə vermədiyini bildirib. Emrelinin qış fasiləsində paytaxt klubunu tərk edəcəyi gözlənilir.

"MOL Fehervar" Macarıstan çempionatında 16 turdan sonra 26 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi