7 aprel 2026. Çərşənbə axşamı

Qurban Qurbanov ispaniyalı futbolçudan yeni komanda tapmasını istəyib


  • Transfer
  • 14:35 18.12.2021
  • Oxunma sayı: 212
Qurban Qurbanov ispaniyalı futbolçudan yeni komanda tapmasını istəyib

"Qarabağ"ın cari mövsümün əvvəlində heyətinə qatdığı ispaniyalı futbolçu Qaspar Panadero qış fasiləsində komandadan ayrıla bilər.

Corner.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, baş məşqçi Qurban Qurbanov artıq 24 yaşlı yarımmüdafiəçi ilə söhbət edib: "Dostcasına danışıq olub. Panaderonun karyerası var. Qurbanov futbolçuya yeni komanda tapmasını tövsiyə edib. Oyunçunun özü də baş məşqçinin fikirlərini yaxşı başa düşüb. Hazırda komanda axtarışındadır. Təklif olarsa, dəyərləndirməyə hazırıq".

Abbaszadə oyunçunun Türkiyənin Antalya 12 - 26 yanvarda Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına aparılmayacağını söyləyib: "Klub tapa bilməsə, Bakıda qalıb əvəzedici komanda ilə hazırlıq keçəcək".

Qeyd edək ki, "Qarabağ" Qaspar Panadero ilə 3 illik müqavilə imzalayıb. Panadero bu mövsüm Azərbaycan Premyer Liqasında 4 oyuna çıxıb, 244 dəqiqə meydanda olub.(Report)







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi