- Transfer
- 20:33 15.03.2025
İspaniyanın “Barselona” klubu “Betis”də çıxış edən keçmiş futbolçusu Mark Bartranı heyətinə qatmağı planlaşdırır.
Corner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya təmsilçisinin baş məşqçisi Xavi keçmiş komanda yoldaşı olan müdafiəçini qışda “Barselona”ya gətirmək istəyir.
“Barselona”nın artıq 30 yaşlı futbolçu ilə ilkin danışıqlara başladığı bildirilib.
İspan futbolçunun “Betis”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir. “Barselona”nın yetirməsi olan Bartranı 2012-2016-cı illərdə Kataloniya təmsilçisinin əsas komandasında çıxış edib.
“Barselona” daha əvvəl sabiq futbolçusu Dani Alveşi heyətinə qatıb.