24 aprel 2026. Cümə

Barselona Mata üçün danışıqlara başlayır


  • Transfer
  • 19:23 19.12.2021
  • Oxunma sayı: 161
Barselona Mata üçün danışıqlara başlayır

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Xuan Mata karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Corner.az "Daily Star"a istinadən xəbər verir ki, "Barselona" 33 yaşlı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Kataloniya təmsilçisi ispaniyalı yarımmüdafiəçini qış transfer pəncərəsi zamanı birdəfəlik alma şərti ilə icarəyə götürmək istəyir. Əgər razılıq olmazsa "Barselona" mövsümün sonunda  Matanı azad agent kimi heyətinə qatacaq.

Matanın özü dəncari mövsüm az forma şansı qazandığı üçün klubunu dəyişməyə müsbət yanaşır.

Qeyd edək ki, Xuan Mata 2014-cü ildə "Çelsi"dən "Mançester Yunayted"ə keçib







Transfer

Alisson üçün İtaliya variantı
  • Transfer
  • 21:58 22.04.2026
Alisson üçün İtaliya variantı