16 mart 2025. Bazar günü

Neftçi'də yeni təyinat


  • Transfer
  • 15:48 20.12.2021
  • Oxunma sayı: 156
Neftçi'də yeni təyinat

Neftçi” PFK-ya yeni idman direktoru təyin olunub.

Paytaxt təmsilçisindən Corner.az-a verilən məlumata görə, bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.

37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib.

Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.







Transfer