17 dekabr 2025. Çərşənbə

Neftçi'nin legionerinə Avropa klublarından təklif var


  • Transfer
  • 16:42 20.12.2021
  • Oxunma sayı: 149
Neftçi'nin legionerinə Avropa klublarından təklif var

"Neftçi"nin futbolçusu Yusuf Laval bir neçə klubun maraq dairəsinə düşüb.

Corner.az xəbər verir ki, bu barədə nigeriyalı yarımmüdafiəçinin agenti Aykut Çuldan məlumat verib.

Lakin o, həmin komandaların adlarını açıqlamayıb: "Lavalın transferi ilə bağlı müəyyən cəhdlər var. Lakin rəsmi təklif olmadığı üçün dəqiq məlumat verə bilmirəm. Sadəcə, onu deyə bilərəm ki, futbolçunu istəyən klublar Avropa təmsilçiləridir".

Qeyd edək ki, Yusuf Lavalın "Neftçi" ilə 2022-ci ilin iyununadək müqaviləsi var. Sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.(report)







Transfer