- Transfer
- 23:43 22.04.2026
"Yuventus”un futbolçusu Matteys de Liqt qışda klubdan ayrıla bilər.
Corner.az xəbər verir ki, bu barədə 22 yaşlı müdafiəçinin meneceri Mino Rayola “La Gazetta dello Sport” nəşrinə açıqlamasında deyib:
“De Liqt növbəti addımı atmağa hazırdır. Düşünürəm ki, o, karyerasını inkişaf etdirmək üçün ideal bir komandaya gedəcək”.
Niderland millisinin üzvünün “Yuventus”la müqaviləsi 2024-cü ilin yayına qədərdir.