10 may 2026. Bazar günü

Sabah'ın baş məşqçisi Macarıstan çempionu ilə anlaşa bilməyib


  • Transfer
  • 10:46 21.12.2021
  • Oxunma sayı: 176
Sabah'ın baş məşqçisi Macarıstan çempionu ilə anlaşa bilməyib

"Sabah" futbol klubunun baş məşqçisi Murad Musayev Macarıstan çempionu "Ferentsvaroş"un baş məşqçi namizədləri arasında olub.

Corner.az-ın məlumatına görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumatda, 38 yaşlı mütəxəssis Sergey Rebrovun istefasından sonra klub prezidenti Qabor Kubatovla danışıq aparmaq üçün paytaxt Budapeştə gedib. Lakin tərəflər müqavilə şərtlərində razılığa gələ bilmədiyindən təyinat baş tutmadığı vurğulanıb.

Murad Musayev bu ilin oktyabrından "Sabah"a başçılıq edir.

Qeyd edək ki, Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov bu gün "Ferentsvaroş"la rəsmi müqavilə imzalayıb.







Transfer