- Transfer
- 16:01 10.05.2026
Türkiyənin "Fənərbaxça" klubunda baş məşqçi postuna əsas namizədlər bəlli olub.
Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi hazırda 3 mütəxəssisi nəzərdən keçirir.
Bunlar Kenan Koçak, İsmail Kartal və hazırda Çinin "Beytszin Qoan" klubun çalışdıran xorvatiyalı Slaven Biliçdir.
Klub rəhbərliyi hazırda İsmail Kartalın təyinatını müsbət dəyərləndirir. O, 2014/2015 mövsümündə komandanın sükanı arxasında olub.
Qeyd edək ki, "Fənərbaxça" ötən gün baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.