- Transfer
- 23:59 06.04.2026
Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi Türkiyə "Bursaspor"unun yeni baş məşqçisi müəyyənləşib.
Corner.az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Deniz Kolgu yerli jurnalistlərə açıqlama verib.
O bildirib ki, Yücel İldizlə ilkin razılıq əldə olunub. Kolgu komandanı "Menemenspor"la I Liqanın 17-ci tur matçına məhz 68 yaşlı mütəxəssisin çıxaracağını vurğulayıb.
Qeyd edək ki, Yücel İldiz bu vəzifədə Özcan Bizatini əvəzləyəcək.