- Transfer
- 23:59 06.04.2026
"Sabah" klubundan ayrılan qapıçı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.
Corner.az "Vesti" nəşrinə istinadən xəbər verir ki, "Aktobe" 36 yaşlı oyunçu ilə danışıqları yekunlaşdırmaq üzrədir.
5 qat ölkə çempionunun yaxın zamanda serbiyalı qolkiperin keçidini açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Saşa Stamenkoviç 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"də çıxış edib. 2018-ci ildə "Sabah"a keçən qapıçının müqaviləsi dekabrın 16-da öz istəyi ilə ləğv edilib.