- Transfer
- 23:59 06.04.2026
İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Ferran Torreslə karyerasını "Barselona"da davam etdirəcək.
Corner.az-ın məlumatına görə, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün "Tviter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. İspaniyalı futbolçu tibbi müayinədən keçmək üçün dekabrın 23-də Barselonaya uçacaq.
Ferran ilə müqavilə bağlandıqdan sonra klublar keçidlə bağlı rəsmi birgə açıqlama verəcəklər.
Qeyd edək ki, Ferran Torres bu mövsüm "şəhərlilər"in heyətində 7 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.