4 oktyabr 2026. Bazar günü

Albaniya millisinin hücumçusu Azərbaycan klublarına təklif olunub


  • Transfer
  • 16:12 23.12.2021
  • Oxunma sayı: 181
Albaniya millisinin hücumçusu Azərbaycan klublarına təklif olunub

Rusiya Premyer Liqasında çıxış edən "Nijni Novqorod" klubunun futbolçusu Bekim Balyay Azərbaycan klublarına təklif olunub.

Corner.az-ın əldə etdiyi məlumata görə, Premyer Liqamızın bir neçə klubu albaniyalı hücumçuya maraq göstərib. Lakin sonda müqavilə şərtlərində razılıq əldə olunmayıb. Bu səbəbdən, 30 yaşlı forvardın transferi baş tutmayıb.

Qeyd edək ki, bu ilin yayından "Nijni Novqorod"un formasını geyinən Bekim Balyay müxtəlif vaxtlarda Türkiyənin "Gənclərbirliyi", Çexiyanın "Sparta" (Praqa), Polşanın "Yagelloniya", Xorvatiyanın "Riyeka", Rusiyanın "Axmat" və Avstriyanın "Şturm" komandalarının da şərəfini qoruyub. 2012-ci ildən Albaniya millisinə dəvət alan hücumçu 43 oyunda 9 qol vurub.







Transfer