İngiltərənin “Liverpul” klubunun futbolçusu Co Qomes karyerasını İspaniyada davam etdirə bilər. Corner.az xəbər verir ki, “Real” 24 yaşlı müdafiəçi ilə yaxından maraqlanır. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumatda, müdafiə xəttini gücləndirmək istəyən “kral klubunun” bu mövqeyə Co Qomeslə yanaşı, “Çelsi”dən Antonio Rüdiger, “Sevilya”dan Jul Kunde və “Vilyarreal”dan Pau Torres danışıqlar aparır.
“Real” qış fasiləsində bu futbolçulardan birinin keçidini həll etməyi planlaşdırır.
2015-ci ildən “Liverpul”da çıxış edən Qomes bu mövsüm 9 oyuna çıxıb.