- Transfer
- 20:48 16.03.2025
Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
Corner.az "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, "Aktobe" klubu 27 yaşlı qolkiperlə maraqlanır.
Klub artıq Emilə təklif də göndərib. Balayevin Qazaxıstan çempionatına qayıtmağa müsbət yanaşdığı vurğulanıb.
Ancaq "Aktobe" təcrübəli qapıçını çox gözləməyəcək. Balayevin mümkün keçidi baş tutmasa "Aktobe" başqa namizədlərə yönələcək.
Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanda "Tobol"un formasını geyinib.