7 aprel 2026. Çərşənbə axşamı

Sadıqovun 20 “şirvan”lıq ilk müqaviləsi - FOTO


  • Transfer
  • 12:24 24.12.2021
  • Oxunma sayı: 178
Sadıqovun 20 “şirvan”lıq ilk müqaviləsi - FOTO

Azərbaycan millisinin sabiq kapitanı və hazırda “Zirə”nin baş məşqçisi olan Rəşad Sadıqovun futbolçu kimi bağladığı ilk müqaviləsinin fotosu yayılıb.

Corner.az xəbər verir ki, 39 yaşlı mütəxəssisin “Turan” klubu ilə imzaladığı müqavilənin fotosunda sözləşmənin detalları da əks olunub.

21 il əvvəl bağlanan müqavilənin müddəti 3 il olub. Müqavilənin şərtlərinə əsasən, Sadıqovun aylıq maaşı o vaxtın pulu ilə 200 min manat (20 “şirvan”) olub.

Xatırladaq ki, 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub.








Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi